"Komandirlər övladlarımızı döyüş meydanında atıb qaçıblar"- Erməni əsgər anası

"Komandirlər övladlarımızı döyüş meydanında atıb qaçıblar"-   Erməni əsgər anası
  19 Avqust 2021    Oxunub:1421
Bu gün Ermənistanda itkin düşmüş hərbçilərin valideynləri etiraz aksiyası keçiriblər. Azvision.az xəbər verir ki, onlar ölkə rəhbərliyi ilə görüş tələb ediblər. Aksiyadan sonra jurnalistlərə açıqlama verən valideynlər deyiblər ki, ölkədə dərdlərini danışmağa adam tapmırlar.
"Biz nə çörək, nə də su istəyirik. Öz övladlarımız haqqında məlumatlara ehtiyacımız var. Bu günə qədər əsgərlər haqqında heç bir məlumat almamışıq. Sadəcə eyni sözləri deyiblər- “Gözləyin, gözləyin, biz nə isə məlumat eşitmişik". Biz isə gözlədik. Amma nə qədər gözləməliyik?" - hərbçilərdən birinin anası söyləyib.

İrəvanda aksiya: Valideynlər Xankəndidə itən əsgərləri axtarırlar
"Uşaqlar ortalıqda yoxdular. Amma qorxaq kimi qaçan komandirlər qalıb. Komandirləri görmək istəyərdim. Əslində onları əvvəllər görmüşəm! Onlar bizə nə deməlidirlər? Komandirlər bizə xəyanətkar baxışları il nəzər yetirirlər",- başqa bir valideyn gileylənib.


"Niyə bizə heç bir məlumat vermirlər? Qoy kimsə gəlib desin ki, qulaq asın, sizin uşaqlarınız ölüblər, əsirlikdədirlər və s. Amma heç bir kəlmə də deyilmir. Biri dayanın, gözləyin deyir. Başqa biri DNT analizləri ilə bağlı işlər gedir deyir. Biz analiz vermişik. Amma ordan da bir xəbər yoxdur",-etirazçı valideynlərdən biri deyib.

Tural Tağıyev
Azvision.az



Teqlər:  





Xəbər lenti