İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
  19 Avqust 2021    Oxunub:1240
UEFA 2020/ 2021 mövsümünün ən yaxşı futbolçusu adına 3 namizədi açıqlayıb.
Azvision.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, hər üç futbolçu İngiltərə klublarının oyunçusudur.

Çempionlar Liqasında ötən mövsümün qalibi olan "Çelsi"nin yarımmüdafiəçiləri Jorjinyo (İtaliya) və Nqole Kante (Fransa) və "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Brüyne (Belçika) ən yaxşı futbolçu adına namizəddir.

Azvision.az



Teqlər: UEFA  





Xəbər lenti