Mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər

Qvardiola 2020/21 mövsümündə "şəhərlilər"i ilk dəfə Çempionlar Liqasının final mərhələsinə çıxarmağı bacarıb. Tuhelin "Çelsi"si məhz bu turnirin qalibi olub. Mançini isə İtaliya millisini Avro-2020-nin çempionu edib.
Qeyd edək ki, 2020/21 mövsümünün ən yaxşı baş məşqçisinin adı avqustun 26-sı İstanbulda keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.
Azvision.az
Teqlər: başməşqçi