İtaliya Əfqanıstandan 202 nəfəri təxliyə edib
“Təəssüf ki, bəzi dramatik səhnələri görmək məcburiyyətində qaldıq, ancaq həmvətənlərimizi və bəzi əfqan həmkarlarımızı tamamilə evlərinə qaytara bildik. Əfqanıstanda böyük bir humanitar faciə görürük və hamımız əlimizdən gələni edirik”.
Humanitar əməliyyat çərçivəsində bu günədək 500-dən çox italyan və əfqan İtaliyaya gətirilib. İtaliyanın müdafiə naziri Lorenzo Guerini təxliyə işlərində 1500-dən çox əsgərin iştirak etdiyini bildirib.
Azvision.az
Teqlər: İtaliya