COVID-19 pasportunun yoxlanılması üçün “ASAN İcazə” tətbiqi hazırlanıb

 COVID-19 pasportunun yoxlanılması üçün “ASAN İcazə” tətbiqi hazırlanıb
  20 Avqust 2021    Oxunub:1201
COVID-19 pasportunun yoxlanılması üçün “ASAN İcazə” mobil tətbiqi hazırlanıb.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən, yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində - qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:

"Yaşı 18-dən yuxarı olan şəxslərin COVID-19 pasportunun olub-olmaması Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan “ASAN İcazə” mobil tətbiq vasitəsilə yoxlanılacaq. Yalnız COVID-19 pasportu olduğu təqdirdə şəxs qeyd olunan məkanlara buraxılacaq".

Aytən Zəhra
Azvision.az



Teqlər: Covid-pasportu   ÜlviMehdiyev  





Xəbər lenti