"Toylardakı monitorinqlər zamanı 38 nəfər həbs edilib" - Elşad Hacıyev

 "Toylardakı monitorinqlər zamanı 38 nəfər həbs edilib" -    Elşad Hacıyev
  20 Avqust 2021    Oxunub:1279
Toy, nişan, ad günü mərasimlərinin təşkili ilə bağlı monitorinqlər bu gün də davam etdirilir. İyulun 1-dən bu günə qədər 4 865 toy şənliyinin monitorinqi həyata keçirilib. Buradakı mənzərə bir o qədər də ürəkaçan olmayıb. Bu dövr ərzində 38 nəfər həbs edilib, 27 nəfər barəsində materiallar məhkəmələrə göndərilib.
Azvision.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, 46 899 nəfərin COVID-19 pasportu olmayıb. Onlar arasında xəstələr də olub:

“Bütün ticarət obyektlərinin monitorinqini həyata keçirən şəxslər mülki və polis formasında həmin obyektlərə daxil olacaqlar. Həmin obyekt sahibləri bilsinlər ki, onlar barələrində görülən tədbirlərdən nəticə çıxarmayıblarsa, həmin obyektin fəaliyyətinin dayandırılması və qanunvericiliklə nəzərdə tutulmuş digər ağır cəzaların verilməsi nəzərdə tutulur”.

Aytən Zəhra
Azvision.az


Teqlər: DİN   Toy  



Xəbər lenti