Rusiyanın G8-də üzvlüyü dayandırılır

Rusiyanın G8-də üzvlüyü dayandırılır
  18 Mart 2014    Oxunub:1269
"Böyük səkkizlik" ("G-8") ölkələri Rusiyanı sıralarından çıxarmaq barədə qərar qəbul edib
"Böyük səkkizlik" ("G-8") ölkələri Rusiyanı sıralarından çıxarmaq barədə qərar qəbul edib. Bu barədə ictimaiyyətə Fransanın xarici işlər naziri Loran Fabius məlumat verib. O, Twitter səhifəsində yazıb ki, "G-8" ölkələri Rusiyanın qurumda təmsil olunmasını artıq istəmir.

Fransanın XİN rəhbəri daha sonra bildirib ki, bu gün axşam "Böyük yeddilik" ("G7") ölkələrinin liderləri Rusiya tərəfinin iştirakı olmadan toplantı keçirəcək.

O, görüşün yeri və təfərrüatları barədə məlumat verməyib. Bununla belə, iyunun 6-da Rusiya Prezidenti Vladimir Putinin Fransaya səfərə dəvət edilməsi hazırda qüvvədədir.

AzVision.az


Teqlər:





Xəbər lenti