Həftəsonu ictimai nəqliyyatın bərpası ilə bağlı müzakirə aparılmır

 Həftəsonu ictimai nəqliyyatın bərpası ilə bağlı müzakirə aparılmır
  20 Avqust 2021    Oxunub:1083
Həftəsonu nəqliyyatın məhdudlaşlaşdırılması aktivliyin azaldılması ilə əlaqədardır. Aktivlik artan kimi yoluxma sayı da artır.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
“Sentyabrın əvvəlinə qədər vaxt var. Epidemioloji vəziyyətdən asılı olaraq həftəsonu nəqliyyatın hərəkətinin məhdudlaşdırılması bağlı qərar qəbul edilə bilər. Hələlik bununla bağlı müzakirələr aparılmır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: İctimainəqliyyat   ŞahmarMövsümov  





Xəbər lenti