Üç yeni metro stansiya açılacaq

Üç yeni metro stansiya açılacaq
  30 Mart 2013    Oxunub:2586
“Azadlıq”, “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları gələn il istifadəyə veriləcək”.
““Azadlıq”, “Avtovağzal” və ““Memar Əcəmi-2” stansiyalarının bu il təhvil verilməsi nəzərdə tutulsa da, təəssüflər olsun ki, kommunikasiya problemləri və gecikmələrlə əlaqədar bu, mümkün olmadı. Həmin stansiyaların gələn il istifadəyə verilməsi nəzərdə tutulur”.

Bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov verib.

T. Əhmədov yeni stansiyalar tikilərkən ərazidəki obyektlərin köçürülməsi ilə bağlı çətinliklərin yarandığını qeyd edib. Onun sözlərinə görə, yeni metro stansiyalarının tikintisi ilə əlaqədar köçürmələr həddindən artıq çoxdur: “Metro tikintisi üçün boş yerlər yoxdur. Ona görə də istər-istəməz köçürmələr olmalıdır. Bununla əlaqədar insanlarla uzun müddət danışıqlar aparılır, işlər hətta məhkəmələrə düşür. Həmin insanlar birmənalı başa düşməlidir ki, tikilən metro cəmiyyət və respublikanın gələcəyi üçündür”. /apa


Teqlər:  





Xəbər lenti