Qəbələ sakininin döyülməsi ilə bağlı araşdırma aparılır

Qəbələ sakininin döyülməsi ilə bağlı araşdırma aparılır
  22 Avqust 2021    Oxunub:1862
Sosial şəbəkələrdə Qəbələ rayonu Nic qəsəbə sakini Ruslan Muradovun döyülməsi ilə bağlı iddialar yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az - a verilən məlumata görə, R.Muradovun döyülməsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsinə özü, yaxud yaxınları tərəfindən hansısa şikayət xarakterli müraciət daxil olmayıb.

Yayılan görüntülər əsasında o, polisə dəvət olunub və şikayətinin olub-olmadığı öyrənilib. R.Muradov isə Samir adlı şəxs və onun qohumu tərəfindən döyüldüyünü bildirib, barələrində qanuni tədbir görülməsini xahiş edib.

Hazırda həmin müraciət əsasında araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti