SSRİ-yə müqavimət göstərdik, taliblərə də göstərə biləcəyik - Əhməd Məsud

 SSRİ-yə müqavimət göstərdik, taliblərə də göstərə biləcəyik -  Əhməd Məsud
  22 Avqust 2021    Oxunub:2322
"Dağlıq Pəncşir əyaləti taliblərə təslim olmayacaq. Onun sakinləri müavimət göstərməyə hazırdır".
Azvision.az xəbər verir ki, bunu Talibanın nəzarətində olmayan Pəncşir əyalətindəki müqavimətçilərin lideri Əhməd Məsud deyib.

-Pəncşir "Taliban"a təslim olmayacaq ... Əgər onlar Pəncşir üzərində nəzarəti qurmağa çalışsalar, biz müqavimət göstərməyə hazırıq. SSRİ -yə müqavimət göstərdik, bunu taliblərə də göstərə biləcəyik, - deyə Məsud Əl-Ərəbiyyə telekanalına müsahibəsində bildirib. O, əlavə edib ki, "Taliban" nümayəndələri müqavimətçilərlə danışıqları rədd ediblər.

-"Taliban" savaşı bitirmək üçün dialoqu rədd etdi ... Biz Əfqanıstanda müharibəni bitirmək və dialoqa getmək istəyirik ... Belə davranmağa davam etsələr, "Taliban"ın var olması uzun sürməyəcək- müqavimətçilərin lideri bildirib.

Qeyd edək ki, "Taliban" Əhməd Məsuda Pəncşir əyalətinin təslim olması üçün dörd saat vaxt verib. Hərəkat Məsudun və (Əfqanıstanın birinci vitse-prezidenti) Əmrullah Salehin yerləşdiyi əyalətin ələ keçirilməsinə başlamağa hazır olduğunu açıqlayıb.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Əfqanıstan   ƏhmədMəsud  





Xəbər lenti