"Peyvəndlərin alınmasına küllü miqdarda pullar sərf edilir"

   "Peyvəndlərin alınmasına küllü miqdarda pullar sərf edilir"
  22 Avqust 2021    Oxunub:2320
Peyvəndlərin qiymətləri kommersiya sirridir. Hər bir dövlət peyvənd istehsalçısı və ya platforma ilə müqavilə imzalayanda bu qeyd edilir. Lakin peyvəndin alınmasına küllü miqdarda pullar sərf edilir.
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirinin birinci müavini Teymur Musayev Real Tv-yə müsahibəsində deyib. O bildirib ki, bəzi ölkələrdə peyvənd yalnız öz vətəndaşlarına vurulur.

"Hətta orada təhsil almağa gələnlərə belə vaksin vurulmur. Bizdə isə diplomatik korpuslar, burada müvəqqəti yaşayan əcnəbi vətəndaşlar da peyvənd olunur. Onlar bunu humanist addım kimi qeyd edirlər".

Aytən Zəhra
Azvision.az



Teqlər: Peyvənd  



Xəbər lenti