"Avqustda 16 nəfəri ilan sancıb" - Azər Maqsudov
Bu barədə Azvision.az -a Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov məlumat verib.
"Onların hər biri müayinə olub, analizlər götürülüb və zərdab vurulub. Eləcə də avqust ayında dərman zəhərlənməsi ilə 14 nəfər şöbəyə müraciət edib. Onlar həkim təyinatı ilə yazılan dərmanları içiblər, amma belə xoşagəlməyən vəziyyət əmələ gəlib. Dərman zəhərlənməsi ilə müraciət edən xəstələrin 70 faizi qadınlar olub.
Eyni zamanda bu ay 8 nəfər allergik reaksiya ilə gəlib. Həmin şəxslər də həkim tətinatı ilə olan dərmanları içiblər, lakin bədən həssaslığı nəticəsində allergik reaksiya olub".
Aytən Zəhra
Azvision.az
Teqlər: Zəhərlənmə İlan