Bill Qeyts: “Proqram təminatı insanları əvəz edir”

Bill Qeyts: “Proqram təminatı insanları əvəz edir”
  19 Mart 2014    Oxunub:1228
“Microsoft” korporasiyasının həmtəsisçisi Bill Qeyts ABŞ-ın iqtisadi gələcəyinə optimist yanaşır. Belə ki, o, “American Enterprise Institute”a müsahibədə bildirib ki, elmi-texniki tərəqqinin sürəti hazırda daha yüksəkdir və onu yalnız təhsil sisteminin tərəqqi ilə ayaqlaşa bilməməsi narahat edir. Bu səbəbdən hazırkı məktəb məzunları yüksək avtomatlaşdırılmıştexnoloji proseslərə hazır deyillər.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, B.Qeyts insanların proqram təminatı ilə əvəzlənməsindən (softwaresubstitution) də söhbət açıb. “Proqram və robotlar əvvəllər insanların etdikləri işləri yerinə yetirir. Proseslər çox sürətlə gedir. 20 ildən sonra əksər peşələr üçün işçi qüvvəsinə tələbat xeyli azalacaq və mən güman edirəm ki, bunu heç də hamısı anlamır. Problemi əsasən təhsil sistemində islahatlar aparmaqla həll etmək lazımdır”, - B.Qeyts vurğulayıb.

B.Qeyts proqram təminatını sadalayır və bu, daha savadlı terminologiyadır. Çünki adətən avtomatlaşdırma dedikdə robot texnikasından istifadə nəzərdə tutulsa da, reallıqda robot texnikasının tərəqqisi məhz proqram təminatı sahəsində baş verir.

Oksford Universiteti mütəxəssislərinin qiymətləndirməsinə görə, yaxın illərdə ABŞ-da iş yerlərinin təxminən 47 faizini kompüterin idarəetməsi ilə işləyən avtomatlaşdırılmış sistemlərlə əvəz etmək mümkün olacaq.

702 peşə vakansiyası üzrə aparılmış təhlildən məlum olub ki, kompüterlər artıq nəqliyyat və logistika sahələrində, istehsal və inzibati dəstəkdə işçilərin çoxunu əvəz edib. Yaxın illərdə tibb, hüquq elmləri və müxtəlif ofis işlərinin avtomatlaşdırılması gözlənilir.

Bununla yanaşı, avtomatlaşdırılma prosesində əsasən informasiya texnologiyaları sahəsində yeni iş yerlərinin yaradılacağı şübhə doğurmur. Əməyin ümumi səmərəliyinin artırılması sayəsində dünya ÜDM-nin həcmi xeyli artacaq, əməkhaqqılar yüksələcək, texnoloji baxımdan inkişaf etmiş ölkələr isə işləməyən vətəndaşlara daha çox müavinətlər ödəmək imkanı əldə edəcəklər.


Teqlər:





Xəbər lenti