Şeyx Çeçenistana gedib
Qroznı şəhərinə gəlib çatdıqdan sonra QMİ sədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri, Şeyxülislam Allahşükür Paşazadə axşam saatlarında tədbirlərdə iştirak etmək üçün Çeçenistanın paytaxtına gələn Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri - RF Şimali Qafqaz regionunun müftiləri ilə görüşüb.
Səmimi dostluq şəraitində keçən görüşdə bu gün, avqustun 23-də Çeçenistan Respublikasının birinci prezidenti Əhməd Kadırovun məzarını birgə ziyarət etdikdən sonra Şuranın iclasını keçirmək qərarlaşdırılıb.
Azvision.az
Teqlər: Çeçenistan







Vaxtında, Aydın, Lazımlı!


