Dövlət qulluğuna 154 namizəd uğur qazanıb

Dövlət qulluğuna 154 namizəd uğur qazanıb
  23 Avqust 2021    Oxunub:1835
Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələri üzrə ümumilikdə 22 dövlət orqanında 171 vakant vəzifənin tutulması üçün mayın 24-də elan olunmuş müsabiqənin müsahibə mərhələsi davam edir.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a bildirilib ki, namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilərlər. Müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Bu gün saat 11:50-yə olan məlumata görə, müsahibədə uğur qazanmış 154 namizəd dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Xatırladaq ki, müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (33) və Dövlət Statistika Komitəsi (20) tərəfindən təqdim olunub. Müsahibədə iştirak üçün 2617 namizəd müraciət edib. Müsahibə sentyabrın 24-dək davam edəcək.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti