“Dəniz kuboku” müsabiqəsinin keçiriləcəyi əraziyə baxış keçirilib

“Dəniz kuboku” müsabiqəsinin keçiriləcəyi əraziyə baxış keçirilib
  23 Avqust 2021    Oxunub:854
"Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində İran İslam Respublikasının Ənzəli şəhərində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak edən hakimlər komissiyasının və komandaların üzvləri tapşırıqların yerinə yetiriləcəyi ərazi və təlim məşq qurğusuna baxış keçirib.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Hakimlər komissiyası tərəfindən komandaların üzvlərinə müsabiqənin keçirilmə qaydaları izah olunub, mərhələlər üzrə şərtlər və təhlükəsizlik qaydaları çatdırılıb, digər təşkilati məsələlərlə bağlı ilkin təlimat keçirilib.

Dənizdə gəmilərin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi müəyyənləşdirilib, o cümlədən müsabiqənin çalışmaları üzrə naviqasiya və taktiki hesablamalar da aparılıb.

Qeyd edək ki, müsabiqə avqustun 25-dən başlayacaq və komandalar 3 mərhələ üzrə güclərini sınayacaq.

Azvision.az



Teqlər: Dəniz   Kubok  



Xəbər lenti