III qrupda dövlət sifarişli yerlərdə keçid balları arta bilər - DİM sədri

   III qrupda dövlət sifarişli yerlərdə keçid balları arta bilər -     DİM sədri
  23 Avqust 2021    Oxunub:1469
Keçən illə müqayisədə bu il II qrupda plan yerləri 1 faiz, yəni təxminən 158 yer azalıb. III qrupda isə plan yerləri 567 yer artıb.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, II qrupda plan yerlərinin 1 faiz azalmasına baxmayaraq dövlət, sifarişli yerlərin sayı 2,79 faiz, təxminən 115 yer artıb.

“III qrupda isə dövlət sifarişli yerlərin sayı 98 yer artıb. III ixtisas qrupunda 150 baldan yuxarı nəticə göstərənlərin sayı 16567 nəfərdir. Burada müsabiqə gərgin olacaq".

M.Abbaszadə bildirib ki, III ixtisas qrupunda dövlət sifarişli yerlərdə keçid ballarının artacağı güman edilir. Amma özəl ali məktəblərdə keçid balları dəyişməyə bilər.

Aytən Zəhra
Azvision.az




Teqlər: DİM  



Xəbər lenti