Qaxda karantini pozan sahibkarlara xəbərdarlıq edilib

Qaxda karantini pozan sahibkarlara xəbərdarlıq edilib
  23 Avqust 2021    Oxunub:1269
Qax Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus infeksiyasının kütləvi yayılmasının və onun ağır fəsadlarının qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı bəzi vətəndaşlar tərəfindən karantin rejiminin tələblərinə etinasız yanaşıldığı aşkar edilib.

Mağazalarda, eləcə də digər qapalı məkanlarda dezinfeksiyaedici vasitələrin yerləşdirilmədiyi, alıcı və satıcıların tənəffüs yollarını örtən fərdi vasitələrdən istifadə etmədiyi aşkarlanıb. Həmin şəxslərə sosial məsafənin gözlənilməsi, tibbi maskadan istifadənin zəruriliyi barədə tövsiyələr verilib. Qaydaları pozan sahibkarlar barəsində intizam tənbeh tədbirləri tətbiq edilib.

Həmçinin, ictimai nəqliyyatda - taksi, avtobuslarda tibbi maskalardan istifadə etməyən sərnişin və sürücülər, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub. Vətəndaşlarımızın sağlamlığının qorunması məqsədilə tətbiq edilən qaydalara qeyd-şərtsiz əməl etməyin vacibliyi onların diqqətinə çatdırılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti