Tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

   Tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
  23 Avqust 2021    Oxunub:1105
Nazirlər Kabinetinin "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarında dəyişiklik edilib.
Azvision.az -ın xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti sentyabrın 1-dək uzadılıb.

Qeyd edək ki, bu müddət avqustun 1-də başa çatmışdı.

Azvision.az



Teqlər: Tibb-işçiləri  



Xəbər lenti