Ağ Ev duma üzvlərini də hədəf götürdü

Ağ Ev duma üzvlərini də hədəf götürdü
  19 Mart 2014    Oxunub:946
Ağ Ev: Sanksiyalar Duma üzvlərinə qarşı da tətbiq edilə bilər.
AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu haqda Ağ Evin rəsmi nümayəndəsi Cey Karni deyib.

Martın 17-də Ağ Ev bəyan edib ki, ABŞ prezidenti Barak Obama Rusiyanın yüksək vəzifəli məmurlarına qarşı sanksiyaların tətbiq edilməsi barədə sərəncam imzalayıb.

“Əgər Ukrayna ətrafında vəziyyət dəyişməsə, o zaman Rusiyaya qarşı sanksiyalar daha da artırılacaq” - deyə Karni qeyd edib.

Karni, həmçinin, ABŞ Ukraynaya hərbi yox, iqtisadi kömək edəcəyini vurğulayıb.

“Hazırda biz Ukraynanın bu çətin anında ona lazım olan köməyə və iqtisadiyyatın stabilləşməsinə yardım etməyə hazırıq. Biz konqreslə və Beynəlxalq Valyuta Fondu (BVF) ilə işləyirik. Çünkü istənilən yardımda BVF dəstək olacaq” - deyə Ağ Evin rəsmisi qeyd edib.


Teqlər:  





Xəbər lenti