Bakıda 37 məktəbin 90 faizdən çox işçisi vaksinasiyadan keçib

 Bakıda 37 məktəbin 90 faizdən çox işçisi vaksinasiyadan keçib
  24 Avqust 2021    Oxunub:1053
Bakı şəhərində 35 mindən çox təhsil işçisindən 22 686-na tam olaraq hər iki doza vaksin olunub. Biz vaksinasiyanı 80-90 faiz təmin etməliyik ki, əyani tədrisi bərpa edək.
Azvision.az xəbər verir ki, bunu Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib. Onun sözlərinə görə, məsafədən təhsildə müəyyən vaxtdan sonra şagirdlərin mənimsəməsində, davranışında, səhhətində müəyyən problemlər müşahidə edildi.

“Təhsil işçilərinin vaksinasiyada fəallığı göz önündədir. Bu belə olmalıdır. Bakının 7 rayonu üzrə müəllimlər vaksinasiyada fəal olublar. 37 məktəbdə isə təhsil işçilərinin 90 faizdən çoxu vaksinasiyadan keçib”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Müəllim   Vaksinasiya  



Xəbər lenti