"35 min təhsil işçimiz vahid əks göstəriş sertifikatı təqdim etməlidir" - Nazir müavini

"35 min təhsil işçimiz vahid əks göstəriş sertifikatı təqdim etməlidir" -  Nazir müavini
  24 Avqust 2021    Oxunub:1184
Vakisinasiya prosesi başlayandan sonra kifayət qədər təhsil işçisi əks göstərişlər təqdim etmişdi. Hansısa allergik reaksiyası olanlar və şəkərli diabeti olanlar poliklinikalardan setifikat alıb, təqdim etmişdilər.
Azvision.az xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib. Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin peyvəndə əks göstərişlə bağlı vahid konsepsiyası artıq təhsil şöbələrinə paylanılıb:

“Bu sənədə uyğun vaksin olunmayan 35 min təhsil işçimiz vahid əks göstəriş sertifikatı təqdim etməlidir. Bu sənədi təqdim etməyənlər heç olmazsa sentyabrın 15-ə qədər 1-ci dozanı vurdursunlar”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Təhsil   Vaksin  



Xəbər lenti