COVID-19 pasportu olmayan təhsil işçilərinə müəyyən məhdudiyyətlər olacaq

   COVID-19 pasportu olmayan təhsil işçilərinə müəyyən məhdudiyyətlər olacaq
  24 Avqust 2021    Oxunub:941
“COVID-19 pasportu olmayan təhsil işçiləri ilə bağlı yəqin ki, müəyyən məhdudiyyətlər olacaq”.
Azvision.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

“Hələlik bunlar müzakirə olunur. Pasportu olan şəxslər isə rahat tədrisə cəlb olunacaq. Çünki onlar digər şəxslərə risk yaratmayacaqlar. Amma təhsil kütləvilik daşıdığı üçün əks göstərişli insanları belə kütləvi mühitə buraxıb, digərlərini risk altına ala bilmərik. Bununla bağlı müəyyən məhdudiyyətlər olacaq və bu, tam şəkildə açıqlanacaq. Bu məsələlər hələ ki, müzakirə olunur”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Peyvənd  





Xəbər lenti