Turanə Rəsulova: "Əksəriyyət 4-cü dozanı vurdurub"

  Turanə Rəsulova:  "Əksəriyyət 4-cü dozanı vurdurub"
  24 Avqust 2021    Oxunub:1858
Yoluxma sayının artması koronavirisun "Delta" ştammının daha yoluxucu olmasıyla bağlıdır.
Bunu Azvision.az -a Hacettepe Üniversiteti Anesteziologiya və Reanimasiya  şöbəsinin həkimi Turanə Rəsulova deyib. O bildirib ki, Türkiyədə mart ayında 60 000 civarında insan xəstələnirdisə, indi daha yoluxucu ştammla yoluxma sayı 20 000-dir:

"Bunun səbəbi vaksinasiyadır. Vaksinasiyanın artması yoluxma sayını, ağırlaşma və ölüm saylarını da azaldır. Artıq Türkiyədə gündəmdə olan 3-cü və 4-cü dozanın kimlərə vurulmasıdır. Məsələn, mənim işlədiyim Hacettepe Xəstəxanasında səhiyyə işçilərinin böyük əksəriyyəti 4-cü doza vaksini vurdurub".

T. Rəsulova qeyd edib ki, kütləvi vaksinasiya 80%-ə çatarsa rahat nəfəs almaq olar:
"Əks halda yeni yaranan variantlar daha yoluxucu olacaq. Bu zaman yeni güclü dalğalarla mübarizə aparmalı olacağıq. Onu da nəzərə almalıyıq ki, virusun ştammları artdıqca vaksinlərin həmin varianta qarşı effektivliyi azalır. Məsələn, Pfizer/Biontech vaksini "Alfa" variantında 94% effektiv idisə, "Delta"da 88% effektivdir".

Həkimin bildirdiyinə görə, 6 ay sonra vaksinlərin insanlarda yaratdığı immun cavab da zəifləyir. İmmuniteti dəstəkləmək və qoruyuculuğu 2-3 dəfə artırmaq üçün 3-cü və 4-cü dozaları vurdurmağımız lazım olur.

- Tezliklə böyük əksəriyyət ən azından 2 vaksin dozasını alıb bitirməlidir ki, payız və qış məhdudiyyətlərlə gəlməsin. Mümkün qədər ən az itkiylə qış mövsümünü başa vurmağa çalışmalıyıq.

Aytən Zəhra
Azvision.az








Teqlər: Koronavirus   vaksin  



Xəbər lenti