I qrupda müəyyən ixtisaslarda keçid balı azala bilər

 I qrupda müəyyən ixtisaslarda keçid balı azala bilər
  24 Avqust 2021    Oxunub:1135
“Bu il I ixtisas qrupu üzrə 29 nəfər 600-dən yuxarı bal toplayıb. Ötən il I ixtisas qrupu üzrə 611 nəfər 600-dən yuxarı bal toplamışdısa, bu il bu rəqəm 640 olub”.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə II və III ixtisas qrupu üzrə ixtisas seçimi ilə bağlı keçirdiyi onlayn konfransda bildirib.
Onun sözlərinə görə, reytinqli ixtisaslarda gərgin vəziyyət yarana bilər:

"500 baldan yuxarı nəticə göstərənlər keçən illə müqayisədə 9 nəfər azalıb. 200 baldan yuxarı bal toplayanlar da 75 nəfər azalıb. 150 baldan yuxarı nəticə göstərənlər isə artıb.

I qrupda dövlət sifarişli yerlərin  sayı 10 mindən yuxarıdır. Əgər 200 baldan yuxarı bal toplayanlar düzgün seçim etsələr qəbul ola bilərlər ".

M.Abbaszadə I qrupda müəyyən ixtisaslarda keçid balının bir az da düşə biləcəyini qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM  





Xəbər lenti