Ermənilər Kəlbəcəri atəşə tutub

 Ermənilər Kəlbəcəri atəşə tutub
  24 Avqust 2021    Oxunub:924
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-da Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

"Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - MN-in məlumatında bildirilib.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi  



Xəbər lenti