Müəllimlərin işə qəbulu üzrə müsahibə nəticələri açıqlandı

Müəllimlərin işə qəbulu üzrə müsahibə nəticələri açıqlandı
  24 Avqust 2021    Oxunub:1445
23 avqust tarixində keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, biologiya, ingilis dili, rus dili və musiqi fənləri üzrə keçirilən müsahibələrdə 484 nəfər namizəd uğur qazanıb

Müsahibələrdə uğur qazanan namizədlər zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etmədirlər. Sənədlərin təqdim olunması üçün son tarix 27 avqust saat 18:00-dur.

Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

Məlumat üçün qeyd edək ki, çıxarışını təsdiq etməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

Azvision.az


Teqlər: Müəllim  





Xəbər lenti