Sahibə Qafarova Qazaxıstan səfiri ilə görüşüb
Görüş zamanı tərəflər iki qardaş ölkənin parlamentləri arasında əməkdaşlığın gələcək inkişafının və möhkəmlənməsinin, Türkdilli Dövlətlərin Parlament Assambleyası (TürkPA) da daxil olmaqla, çoxtərəfli qurumlar çərçivəsində qarşılıqlı əməkdaşlığın vacibliyini və önəmini qeyd ediblər. İki ölkənin parlament nümayəndə heyətlərin qarşılıqlı səfərlərin təşkili və həyata keçirilməsi, qarşıdan gələn beynəlxalq tədbirlərdə iştirakı ilə bağlı praktiki məsələlər müzakirə olunub.
Serjan Abdıkarimov bir daha Azərbaycanı tarixi ədalətin və ölkənin ərazi bütövlüyünün beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələr əsasında bərpası ilə əlaqədar təbrik edib, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyi barədə danışıb.
Tərəflər, həmçinin pandemiya, Orta Asiya və Cənubi Qafqaz regionlarda baş verən hadisələr, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Azvision.az
Teqlər: Azərbaycan Qazaxıstan







Vaxtında, Aydın, Lazımlı!


