ABŞ dünya ölkələrinə 110 milyon doza pulsuz koronavirus peyvəndi göndərib

   ABŞ dünya  ölkələrinə 110 milyon doza pulsuz koronavirus peyvəndi    göndərib
  24 Avqust 2021    Oxunub:1954

Amerika Birləşmiş Ştatları dünya ölkələrinə təxminən 110 milyon doza koronavirus peyvəndi göndərib və bunun 23 milyonu Cənub-Şərqi Asiya ölkələrinin payına düşüb
Azvision.az TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı ABŞ-ın vitse-prezidenti Kamala Harris Sinqapurda Vaşinqtonun Hind-Sakit okean bölgəsi ilə bağlı danışarkən deyib.

"Koronavirus pandemiyası sərhəd tanımayan bir problemdir. Prezident Jo Bayden və mən vəzifəyə başlayanda insanlarımızı peyvənd etməklə yanaşı, həm də dünya üçün təhlükəsiz və təsirli peyvəndlər hazırlamaqdan danışdıq." Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları "dünyaya 110 milyon doza göndərib, bunun 23 milyonunu Cənub-Şərqi Asiya ölkələri alıb" . "Söhbət pulsuz peyvəndlərdən gedir", vitse –prezident əlavə edib.

Harris Birləşmiş Ştatların "qlobal sağlamlıq sistemini gücləndirməklə yanaşı, gələcəkdə ortaya çıxa biləcək yeni viruslarla mübarizəyə sadiq olduğunu da" qeyd edib.

Nadir Quliyev
Azvision.az



Teqlər: ABŞ   Vaksin  





Xəbər lenti