Baş pediatr peyvəndlə bağlı valideynlərə müraciət etdi

   Baş pediatr peyvəndlə bağlı valideynlərə müraciət etdi
  25 Avqust 2021    Oxunub:1274
Bu gün bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Koronavirusa qarşı qorxu olduğu üçün validenylər uşaqlarını poliklinkaya aparmaqda çətinliklər yaşayırlar. Bu səbəbdən dünyada olduğu kimi Azərbaycanda da uşaqların peyvəndləmə faizi azalıb.
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Baş pediatrı Erkin Rəhimov deyib. Pediatr valideynlərə müraciət edərək bildirib ki, koronavirus uşaqlarda nadirən ağırlaşmaya səbəb olur.

“Amma illərlə uşaqlarımızı peyvənd etdiriyimiz xəstəliklər ölümcüldür. Mümkündürsə, poliklinikaya gedin və gecikdirilmiş peyvəndi vurdurun. Uşaqların sağlamlığı validenynlərin əlindədir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Pediatr   Uşaq  





Xəbər lenti