İsrail aviaşirkətləri Azərbaycana uçuşları bərpa etməyi planlaşdırır
Görüşdə ölkələr arasında, o cümlədən mülki aviasiya sahəsində qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib.
AZAL rəhbəri qeyd edib ki, COVID -19 pandemiyası səbəbindən bağlanan iki ölkə arasındakı hava sərhədləri açıldıqdan sonra, “Azərbaycan Hava Yolları” həftədə iki dəfə - cümə axşamı və bazar günləri Bakı ilə Təl-Əviv arasında uçuşlar həyata keçirir.
Corc Dik, öz növbəsində, vurğulayıb ki, bu payız İsrail aviaşirkətləri “ISR Air” və “Arkia Airlines” Azərbaycana uçuşları bərpa etməyi planlaşdırır.
Tərəflər, karantin məhdudiyyətlərinin yumşaldılması və epidemioloji vəziyyətin yaxşılaşması ilə İsrail və Azərbaycan arasında sərnişin axınının və yük daşımalarının artırılması imkanının nəzərdən keçiriləcəyinə əmin olduqlarını bildiriblər.
Azvision.az
Teqlər: Azərbaycan İsrail