Payızda İsraildən Azərbaycana aviareyslər bərpa ediləcək

Payızda İsraildən Azərbaycana aviareyslər bərpa ediləcək
  25 Avqust 2021    Oxunub:999
Azərbaycan və İsrail mülki aviasiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
İsrailin Azərbaycandakı Səfirliyindən Azvision.az -a bildirilib ki, avqustun 25-də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diklə ikitərəfli görüşündə ölkələr arasında, o cümlədən mülki aviasiya sahəsində qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib.

AZAL rəhbərliyi deyib ki, COVID -19 pandemiyası səbəbindən bağlanan iki ölkə arasındakı hava sərhədləri açıldıqdan sonra, “Azərbaycan Hava Yolları” həftədə iki dəfə - cümə axşamı və bazar günləri Bakı ilə Təl-Əviv arasında uçuşlar həyata keçirir.
Corc Dik vurğulayıb ki, bu payız İsrail aviaşirkətləri “ISR Air” və “Arkia Airlines” Azərbaycana uçuşları bərpa etməyi planlaşdırır. Tərəflər karantin məhdudiyyətlərinin yumşaldılması və epidemioloji vəziyyətin yaxşılaşması ilə İsrail və Azərbaycan arasında sərnişin axınının və yük daşımalarının artırılması imkanının nəzərdən keçiriləcəyinə əmin olduqlarını bildiriblər.

Azvision.az


Teqlər: Təyyarə  





Xəbər lenti