“Yeni Klinika”da vaksinasiya üçün canlı növbə ləğv olunur

 “Yeni Klinika”da vaksinasiya üçün canlı növbə ləğv olunur
  25 Avqust 2021    Oxunub:1629
Son günlər korinavirusa yoluxma sayında artımın müşahidə edilməsi, eyni zamanda canlı növbələr zamanı yaranan sıxlıqlar nəzərə alınaraq 26.08.2021-ci il tarixdən etibarən canlı növbə randevu sistemi ilə əvəz ediləcək
Azvision.az xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib.

Qeyd olunub ki, 26.08.2021-ci il tarixdən rendevu.its.gov.az saytına daxil olaraq öncədən qeydiyyatdan keçməklə "Yeni Klinika” tibb mərkəzində peyvənd olunmaq üçün (Coronovac və Pfizer) növbə götürülə bilər:

"Qeyd olunanları nəzərə alaraq peyvənd olunmaq üçün yalnız rendevu.its.gov.az saytından növbə götürərək tibb müəssisəsinə müraciət etməyinizi xahiş edirik”.

Xatırladaq ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində vaksinasiya prosesinin sürətləndirilməsi və əlçatanlığın təmin edilməsi məqsədilə 16 iyul 2021-ci il tarixdən “Yeni Klinika” tibb mərkəzində canlı növbə əsasında peyvəndlənmə prosesinə başlanılmışdı.

Azvision.az


Teqlər: Peyvənd  



Xəbər lenti