Ermənistan ordusu yenidən mövqelərimizi atəşə tutub

   Ermənistan ordusu yenidən mövqelərimizi atəşə tutub
  26 Avqust 2021    Oxunub:815
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-sı saat 02:25-dən 03:40-dək fasilələrlə Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Cavab atəşilə qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azvision.az


Teqlər: MN   Atəşkəs  





Xəbər lenti