Azərbaycanın iki ən hündür nöqtəsi - FOTOLAR

 Azərbaycanın iki ən hündür nöqtəsi -  FOTOLAR
  08 Sentyabr 2021    Oxunub:10259
Bu yaxınlarda Azərbaycan Respublikasının iki ən hündür nöqtəsinə - Bazardüzü və Zəfər zirvəsinə səfər edən qrupun arasında Azvision.az saytının fotoqrafı Anar Bayramlı da olub. Onun zirvələrdə gördüklərini təqdim edirik.
Əvvəlcə Bazardüzü zirvəsi haqqında qısa qeyd verək: Zirvə Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində, Rusiya Federasiyası ilə sərhəddə, Qusar rayonu ərazisində yerləşir. Türyan və Qusar çayları buradan başlanır. Adını ətəyində yerləşmiş və keçmişdə maldar ellərin yaylağı olmuş Şahnabad çayı dərəsində yerləşən Bazardüzü adlı düzənlikdən alıb. Zirvənin hündürlüyü 4466 metrdir.

Zəfər zirvəsi Baş Qafqaz silsiləsində Azərbaycanın ikinci ən hündür zirvəsidir. Şanlı Azərbaycan Ordusunun 44 günlük hərbi əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızın azad edilməsinin şərəfinə belə adlandırılıb. Zirvənin hündürlüyü 4301 metrdir.

Dağlara gedən yol və macəralar Xınalıq kəndindən başladı.


Oxucularımızı ilk olaraq Baş Qafqaz silsiləsin zirvələrindən biri, Qusar və Qəbələ rayonları sərhədində yerləşən Bazaryurd dağı ilə tanış edirik. Hündürlüyü 4126 metrdir.



Bazaryurd dağının ətəyi də zirvəsi kimi gözəldir. Burada olarkən dağ havasını doyunca içimizə çəkdik.


Yolumuzun üzərindən görünən bu zirvə Bazaryurd zirvəsidir.


Şahdağ zirvəsi. Bazaryurddan buranı seyr etmək bir başqa gözəllikdir. Sanki Koliforniya dağlarından biridir.


Dağçılar gördüyünüz bu yeri Yatıxdərə adlandırırlar. Dağlar arasında adsız iki çay qovuşur.


Şahdağ yüksəkliyinin "Şah yaylaq" adlanan ətəyi. Yerli sakinlər mal-qarasının burada otlamasına üstünlük verir. Yaylağın təmiz havası bu mənzərəyə ayrı bir füsünkarlıq qatır.






"Şah yaylaq" dan Şahdağa boylanırıq.


Şah yaylaq yolunun üzərində Qızılqaya silsiləsi görünür.


"Heydər" (3751m) və "Atatürk"(3756) zirvələri


Mahmud dərə, "Çingiz" zirvəsi(4062m), Tufandağ(4191)


Bura isə hündürlüyü 4142 metr olan Şalbuzdağdır.


Yarıq dərə buzlağı Bazardüzünə gedilən yolda yerləşir.


Buzlaq yol boyunca uzanır.




Bazardüzü zirvəsindən görünən Çarun (4089m) və Raqdan(4020m) dağlarını da seyr edə bilərsiniz.


Və nəhayət Bazardüzündən Azərbaycanın ikinci ən hündür zirvəsinə "Zəfər"ə çatdıq.


Anar Bayramlı
Azvision.az

Qalereya




Teqlər: Bazardüzü   Zəfər  





Xəbər lenti