Zəfər zirvəsi Baş Qafqaz silsiləsində Azərbaycanın ikinci ən hündür zirvəsidir. Şanlı Azərbaycan Ordusunun 44 günlük hərbi əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızın azad edilməsinin şərəfinə belə adlandırılıb. Zirvənin hündürlüyü 4301 metrdir.
Dağlara gedən yol və macəralar Xınalıq kəndindən başladı.

Oxucularımızı ilk olaraq Baş Qafqaz silsiləsin zirvələrindən biri, Qusar və Qəbələ rayonları sərhədində yerləşən Bazaryurd dağı ilə tanış edirik. Hündürlüyü 4126 metrdir.

Bazaryurd dağının ətəyi də zirvəsi kimi gözəldir. Burada olarkən dağ havasını doyunca içimizə çəkdik.

Yolumuzun üzərindən görünən bu zirvə Bazaryurd zirvəsidir.

Şahdağ zirvəsi. Bazaryurddan buranı seyr etmək bir başqa gözəllikdir. Sanki Koliforniya dağlarından biridir.

Dağçılar gördüyünüz bu yeri Yatıxdərə adlandırırlar. Dağlar arasında adsız iki çay qovuşur.

Şahdağ yüksəkliyinin "Şah yaylaq" adlanan ətəyi. Yerli sakinlər mal-qarasının burada otlamasına üstünlük verir. Yaylağın təmiz havası bu mənzərəyə ayrı bir füsünkarlıq qatır.



"Şah yaylaq" dan Şahdağa boylanırıq.

Şah yaylaq yolunun üzərində Qızılqaya silsiləsi görünür.

"Heydər" (3751m) və "Atatürk"(3756) zirvələri

Mahmud dərə, "Çingiz" zirvəsi(4062m), Tufandağ(4191)

Bura isə hündürlüyü 4142 metr olan Şalbuzdağdır.

Yarıq dərə buzlağı Bazardüzünə gedilən yolda yerləşir.

Buzlaq yol boyunca uzanır.


Bazardüzü zirvəsindən görünən Çarun (4089m) və Raqdan(4020m) dağlarını da seyr edə bilərsiniz.

Və nəhayət Bazardüzündən Azərbaycanın ikinci ən hündür zirvəsinə "Zəfər"ə çatdıq.

Anar Bayramlı
Azvision.az