Doku Umarov bu dəfə həqiqətən öldü
Məlumatı yayan sayt onun ölümündə Rusiya tərəfdarı olan çeçen lider Ramzan Kadırovu günahlandırıb.
Qeyd edək ki, Doku Umarovun ölməsi haqda bundan əvvəl də bir neçə dəfə məlumat yayılıb. İlk dəfədir ki, bu iddia onun öz qruplaşmasının üzvləri tərəfindən yayılır. Rusiya tərəfi isə bu iddianı təkzib edib.
Rusiya onu bir neçə terror aktı törətməkdə ittiham edir. Bunlar arasında 2010-cu ildə Moskva metrosunda törədilən və 39 nəfərin ölümünə səbəb olan kamikadze hücumu və 2011-ci ildə Moskvadakı hava limanında baş verən və 36 nəfərin ölümü ilə nəticələnən hücumlar göstərilir.
Fatimə Kərimli