Putin Mehriban Əliyevanı təbrik edib

   Putin Mehriban Əliyevanı təbrik edib
  26 Avqust 2021    Oxunub:1063
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu göndərib.
Azvision.az -ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli Mehriban Arif qızı,

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə Sizin şəxsi töhfənizi çox yüksək qiymətləndiririk. Əminəm ki, bu münasibətlərin gələcək inkişafı Rusiya və Azərbaycanın dost xalqlarının maraqlarına tamamilə cavab verəcək.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzulayıram”.

Azvision.az



Teqlər: Mehriban-Əliyeva   Putin  





Xəbər lenti