Eynşteyn Allaha inanıbmı? – Elmi cavab

Eynşteyn Allaha inanıbmı? – Elmi cavab
  19 Mart 2014    Oxunub:29203
Albert Eynşteynin hansı dinə inanması həmişə müxtəlif spekulyasiyalar mövzusu olub. Yəhudilər və xristianlar hər biri onun öz dinlərinə inandığını sübut etməyə çalışırlar. İndi isə müsəlmanlar da bu işə qoşulub: İran ayətullahları da Eynşteynin şiə (!) olduğunu iddia etməyə başlayıblar.
Bu da aydındır: XX əsrin ən nəhəng elm və düşüncə adamının hansısa dinə inanması həmin dini bir növ daha da “leqallaşdıra” bilər. Amma əslində Eynşteyn hansı dinə inanıb?

Bu sual sağlığında da dahi alimə verilib. 1921-ci ilin aprelin 24-də Nyu-York sinaqoqunun ravvini Herbert Qoldşteyn Eynşteynə 5 sözdən ibarət teleqram göndərib: “Do you believe in God?” Həmin teleqram indi də arxivdə qalır.

Eynşteynin `New York Times` qəzetində də dərc edilən cavabı belə olub:

- I believe in Spinoza`s God who reveals himself in the orderly harmony of what exists, not in a God who concerns himself with fates and actions of human beings.

- Mən Spinozanın Allahına inanıram – o Allaha ki, özünü bütün mövcudatın harmoniyasında göstərir. İnsanların əməllərilə maraqlanan və taleləri yazan Allaha isə inanmıram.

Bu, dahi alimin dinlə bağlı dediyi ən məşhur sitatdır.

Eynşteynin bu inancını bəzən “kosmik din” də adlandırırlar. Birmənalıdır ki, o, teist olmayıb. Yəni Allahı şəxs hesab etməyib. Halbuki, əsas dinlərin hamısı Allahı şəxs kimi görürlər. Onun görüşləri daha çox panteizmə yaxındır – kosmik harmoniyanın özünü Allah sayıb.

Eynşteynin dini görüşlərilə bağlı spekulyasiyalara yol açan bəhanələrdən biri onun dediyi “Allah zər atmır” ("God does not play dice") sözləridir. Bu sözləri o, başqa kontekstdə deyib. Eynşteyn kvant mexanikasının Kopenhagen interpretasiyanın əleyhinə idi və həmin sözü o nəzəriyyənin tərəfdarlarını ələ salmaq üçün söyləmişdi. Amma zaman göstərdi ki, əks tərəf (Bor, Şrödinger və s.) haqlı imişlər.

“Mən persona-Allaha inanmıram. Bunu heç vaxt gizlətməmişəm və açıq demişəm”. ("Albert Einstein: The Human Side" kitabından)

Eynşteyn insanın ölümsüzlüyünə də həmçinin, inanmayıb.

V.M.
AzVision.az



Teqlər: #Elm   #Din  





Xəbər lenti