Ermənistan Tovuz istiqamətində mövqelərimizi atəşə tutub

   Ermənistan Tovuz istiqamətində mövqelərimizi atəşə tutub
  27 Avqust 2021    Oxunub:1484
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-sı saat 22:20-də Şəmşəddin rayonunun Çinarlı kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə etməklə atəşə tutub.
Müdafiə Nazirliyindən Azvision.az -a bildirilib ki, cavab atəşilə qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azvision.az


Teqlər: Müdadiə-Nazirliyi  



Xəbər lenti