Koronavirus xəstəsi ana və oğul ictimai yerdə saxlanıldı

Koronavirus xəstəsi ana və oğul ictimai yerdə saxlanıldı
  27 Avqust 2021    Oxunub:1387
Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakini Solmaz Qasımovanın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk etməsi aşkar edilib.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib. Məlumata görə, araşdırmalar zamanı onun oğlu Azər Qasımovun da koronavirus testinin nəticəsinin pozitiv çıxdığı məlum olub. Buna baxmayaraq, o, rayon ərazisində aşkarlanıb və idarə etdiyi avtomobili ilə saxlanılıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə hər iki şəxs yaşadıqları evə göndərilib.

Baş Prokurorluq Səhiyyə Nazirliyinə müraciət edib
Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Koronavirus  





Xəbər lenti