“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 443-ə çatıb

   “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 443-ə çatıb
  27 Avqust 2021    Oxunub:801
“Məşğulluq marafonu”na qoşularaq şəhidlərimizin ailə üzvlərinin,Vətən müharibəsində yaralanmış qazilərimizin məşğulluğuna dəstək göstərən işəgötürənlərin sayı 443-ə çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az -a verilən xəbərə görə, marafonda iştirak edən həmin işəgötürənlərin 226-sı dövlət, 217-si özəl müəssisələrdir.

Onlar tərəfindən marafona 2003 vakansiya təqdim edilib. Bu vakansiyalar üzrə işlə təmin olunanların sayı da 543-ə çatıb ki, onlardan 439-u qazi, 104-ü şəhid ailəsi üzvləridir. Hazırda vakansiyalar üzrə işlərə göndərişlərin verilməsi prosesi davam edir.

Marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

Azvision.az


Teqlər: ƏƏSMN   Məşğulluq  





Xəbər lenti