Azay Quliyev seçicilərilə görüşüb

  27 Avqust 2021    Oxunub :418
Azay Quliyev seçicilərilə görüşüb
Avqustun 26-da deputat Azay Quliyev 7-ci mikrorayon, Fərman Məlikov küçəsi, 3b saylı binanın həyətində açıq havada seçiciləri ilə görüş keçirib.
Görüşdə iştirak edən seçicilər binalarının həyətində yeni tikilən hündür mərtəbəli yaşayış binasının yaratdığı çətinliklər, kommunal və məşğulluq ilə bağlı onları narahat edən problemlər haqqında deputata müraciətlərini çatdırıblar. Görüşdə iştirak edən mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən rayon bələdiyyəsinin rəhbəri seçicilərin qaldırdığı məsələlərin həlli ilə bağlı konkret qərarlar qəbul ediblər.


Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müfaviq addımların atılacağını bildirib.

Görüşdə Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin şöbə müdiri Emin Mustafayev iştirak edib.

Teqlər: Azay-Quliyev  







Xəbər lenti