Peşə məktəblərinə müəllimlərin işə qəbulu müsabiqəsi elan edilib
İşə qəbul müsabiqəsi 2 mərhələdən ( elektron müraciət və müsahibə mərhələləri) ibarətdir.
İştirak etmək istəyən namizədlər 5 sentyabr saat 23:59-dək "Müraciət_forması"nı bölmələr üzrə tam doldurmalıdırlar. Hər bir müraciətçiyə ən çoxu 2 yaxın ixtisas üzrə 5 vakansiya seçmək hüququ verilir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi səhifəsində vakant yerlərin siyahısı yerləşdirilib.
Müsabiqədə uğur qazanacaq müəllimlər aşağıdakı üstünlüklərdən faydalana biləcəklər:
Müasir infrastruktura malik təhsil müəssisələrində işləmək;
Ölkəmizdə və xarici ölkələrdə keçiriləcək təlimlərdə iştirak;Rəqabətə davamlı əməkhaqqı;
Daimi və ya saat hesabı tədrisə cəlb imkanı.
Qeyd edək ki, seçim zamanı müvafiq ixtisas üzrə təhsil, iş və tədris təcrübəsi, həmçinin xaricdə təhsilin olmasına üstünlük veriləcək.
Azvision.az
Teqlər: peşəməktəbi







Vaxtında, Aydın, Lazımlı!


