Daha bir paracüdoçumuz medal qazandı
Bu gün paracüdoçularımız Şəhanə Hacıyeva (48 kq), Vüqar Şirinli (66 kq) və üzgüçümüz Raman Saleh (100 metr məsafəyə arxasıüstə üzgüçülük) qızıl medala sahib olublar. Azərbaycan komandasının aktivinə digər medalı Pərvin Məmmədov (49 kq) yazdırıb. Pauerliftinqçimiz bürünc medala sahib olub.
Qeyd edək ki, “Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.
XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.
Azvision.az
Teqlər: paracüdoçu







Vaxtında, Aydın, Lazımlı!


