Azərbaycanda daha 35 nəfər koronavirusdan ölüb

 Azərbaycanda daha 35 nəfər koronavirusdan ölüb
  27 Avqust 2021    Oxunub:1313
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4203 yeni yoluxma faktı qeydə alınıb, 1 724 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az - a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 35 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 409 745 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 354 864 nəfər müalicə olunaraq sağalıb, 5 469 nəfər vəfat edib. 49 412 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 136, bu günə qədər isə ümumilikdə 4 395 646 test icra olunub.

Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti