Son sutkada vaksinasiya olunanların sayı açıqlanıb

Son sutkada vaksinasiya olunanların sayı açıqlanıb
  27 Avqust 2021    Oxunub:1343
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 74 220 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az - a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 691, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 529 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 6 493 757, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 929 404, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 564 353 təşkil edir.

Azvision.az



Teqlər: Peyvənd  



Xəbər lenti