“Azəriqaz”ın rəhbər şəxsləri onlayn qəbul keçiriblər

“Azəriqaz”ın rəhbər şəxsləri onlayn qəbul keçiriblər
  27 Avqust 2021    Oxunub:1477
Bu gün “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin növbəti onlayn vətəndaş qəbulu keçirilib.
Azvision.az xəbər verir ki, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Siyəzən rayonu, baş direktorun satış üzrə müavini Rəşad Cavadov Xızı rayonu, baş direktorun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev isə Xaçmaz rayonu sakinləri ilə videoformatda keçirilən görüş zamanı vətəndaşların müraciətlərini dinləyiblər.

Qəbulda qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və s. müraciətlər ünvanlanıb. Qaldırılan məsələlərin həllinə dair baş direktorun müavinləri vətəndaşların müraciətlərinə operativ baxılması ilə bağlı müvafiq tapşırıqlarını veriblər.





Azvision.az



Teqlər:



Xəbər lenti