"Külək Qızılağacdakı yanğının söndürülməsini çətinləşdirir" - FHN

   "Külək Qızılağacdakı yanğının söndürülməsini çətinləşdirir" -    FHN
  27 Avqust 2021    Oxunub:2549
Fövqəladə Hallar Nazirliyi Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində yanğınla bağlı məlumat yayıb.
FHN-dən Azvision.az - a verilən xəbərə görə, bu gün Lənkəran şəhəri, Balıqçılar qəsəbəsi yaxınlığında Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində başlamış yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.

Hazırda yanğınsöndürmə əməliyyatı FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilir.

Yanğının söndürülməsini mütəmadi güclənən küləkli hava çətinləşdirir.

İlkin məlumata əsasən, ərazidə 10 ha sahədə əsas etibarilə, kol-kos və qurumuş ağac kötükləri yanır.



Azvision.az



Teqlər: FHN  



Xəbər lenti